Ötən sutka altı nəfər xilas edilib - FHN

15:42 21.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 75 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 6 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib. Həmçinin paytaxtın Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1956-cı il təvəllüdlü Əhmədov Rauf Ağababa oğlunun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.